Koronavirusa qarşı iki mümkün vaksin hazırlayan Çin şirkəti Çin National Biotec Group (CNBG) BƏƏ-də peyvənd sınağının üçüncü - son mərhələsini keçirməyə icazə aldığını elan edib.
AZSABAH.COM xəbər verir ki, bu barədə "South China Morning Post" bildirib.
Eyni zamanda, CNBG BƏƏ-də hansı peyvəndin sınaqdan keçiriləcəyini açıqlamayıb.
Tədqiqatın əvvəlki mərhələlərində CNBG-nin hər iki peyvəndi Çində 2000 insana vurulmuşdu.(Trend)