Ermənistanda son sutka ərzində koronavirusa 697 nəfər yoluxub.
AZSABAH.COM erməni mediasına istinadən xəbər verir ki, ötən sutkada 6 ölüm faktı qeydə alınıb.
Bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 11 221, ölənlərin sayı isə 176 nəfərə yüksəlib.