Koronavirus dövründə İNANILMAZ YENİLİK - İlk dəfə buna İCAZƏ VERİLƏCƏK

23.06.2020 09:45
644

La Liqa rəhbərliyi yaxın vaxtlarda pandemiya şəraitində matçların keçirilməsinin yenilənmiş tibbi reqlamenti layihəsini təqdim etməyi planlaşdırır.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Yahoo Sports" bildirib.

Layihənin məqsədi azarkeşlərin stadionlara qismən qayıdışıdır. Güman edilir ki, azarkeşlər stadionlara kiçik qruplar şəklində buraxılacaq, həmçinin hər bir insanın hərarəti icbari şəkildə ölçüləcək. Bunlarla yanaşı, azarkeşləri matç zamanı tibbi maska taxmağa məcbur edəcəklər.

Mövsümün sonunda La Liqa prezidenti Havyer Tebas bildirib ki, tamaşaçıların 10-15%-nin matçlarda olması planlaşdırılır.("Report")

Loading...

close
close