"Koroğlu"da taksi sürücüsü namus üstündə öldürülüb - TƏFƏRRÜAT

24.01.2024 16:25
655
65b101c408223202401242540
Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Azsabah.com lent.az-a istinadən bildirir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov "Koroğlu" metrostansiyası ətrafında "manatlıq taksi" fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.
Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır. 
Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.