Kontr-admiral Sübhan Bəkirov komandan TƏYİN EDİLDİ - SƏRƏNCAM

29.06.2020 21:54
568

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

AZSABAH.COM xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. 

Loading...

close
close