Hindistanın Qucarat ştatında kimya zavodunda güclü partlayış baş verib.
AZSABAH.COM-un xəbərinə görə, hadisə nəticəsində 57 nəfər xəsarət alıb və azı 5 nəfər ölüb.
Partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib.
Qeyd edək ki, Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrindən 5 minə nəfər təxliyə edilib.