“Kiçik əziklər…” - Elvin Basqallıdan qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

15.01.2024 13:20
259
65a4f912bcd16202401242122

Ailəsi ilə birgə ağır qəzaya düşən Elvin Basqallı məlumat yayıb.

Azsabah.com xəbər verir ki, tanınmış  aparıcı bildirib ki, əkizlər xaric xəsarət alan olmayıb: “Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”.

Qeyd edək ki, bu gün "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallının ailəsi ilə birgə ağır qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb. Avtomobil qəza nəticəsində bir neçə dəfə aşıb. Qəza zamanı avtomobildə  Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da olub.