Kəskin hava şəraiti ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ

06.01.2023 16:02
3345
Qar
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar sürücülərə müraciət edib.

AZSABAH.COM xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarmadasında hava şəraitin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.

“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təklükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürüclərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsini tam sazlığının diqqətdə saxlamağı xahiş edirik”, – A.Əsgərli əlavə edib.

Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Paytaxtda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, 10-11-də gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.