Kəmaləddin Heydərov qorxunc QƏZAYA DÜŞDÜ, MAŞINI YANDI, ÖZÜ DƏRHAL...

20.05.2020 21:00
497

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.

AzSABAH.COM qazet.az-a istinadən xəbər verir ki, hadisə zamanı nazir Kəmaləddin Heydərov özü də avtomobildə olub.

Avtoqəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.


Loading...

close
close