Kəmaləddin Heydərov, Emin Əmrullayev və Teymur Musayev postundan göndərilir - BÖYÜK DƏYİŞİKLİK

21.01.2024 15:05
535
65acfa16e8294202401240350

Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra bəzi nazirlərin vəzifəsini itirəcəyinə dair müzakirələr son günlər yenidən intensivləşib. İstefaya göndəriləcək nazirlərlə bağlı iddialar indi ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib.


Yenisabah.az vəzifəsi ilə vidalaşacaq yüksək rütbəli məmurlara dair vacib informasiya əldə edib. Məlum olub ki, yeni hökumət formalaşarkən Baş nazirin müavinlərindən birinin və 3 nazirin karyerasına son qoyulacaq. 


Baş nazirin növbəti hökumətdə yer almayacaq maüvinin adı hamıya tanışdır. Söhbət Yaqub Eyyubovdan gedir. Onun yaşının çoxluğu və səhhətində yaranmış problemlərlə əlaqədar istefaya göndəriləcəyi bildirilir. Qeyd edək ki, Yaqub Eyyubovun 79 yaşı var. 


Yaqub Eyyubovla birlikdə postuna "əlvida" deyəcək nazirlərin də adları bəlli olub. Hakimiyyətdəki mənbənin Yenisabah.az-a bildirdiyinə görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Elm və təhsil naziri Emin Əmrullayev və Səhiyyə naziri Teymur Musayev də yol üstündədir.


Kəmaləddin Heydərovun öz istəyi ilə vəzifədən gedəcəyi deyilir. İddialara görə, "fövqəlnazir" hələ ötən ilin yanvarında istefa ərizəsini hökumət başçısına təqdim edib. 

Emin Əmrullayev və Teymur Musayevin isə rəhbərlik etdikləri sahələrdə köklü islahatlar apara bilmədikləri üçün cəzalandırılacaqları bildirilir.