Kəlbəcərdən ACI XƏBƏR GƏLDİ - YARALILAR VAR

21.09.2022 09:00
23121
Tecili yardim Azsabah.com
Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

AZSABAH.COM-un "Report"a istinadla məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.