Kəlbəcərdə itkin düşən hərbçimizdən XƏBƏR VAR: ermənilər...

03.08.2022 00:58
10474

Ermənistan Silahlı Qüvvələri 10 gün əvvəl itkin düşmüş hərbçimiz Kamiz İbayevi Azərbaycan tərəfinə təhvil verib.

AZSABAH.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Qeyd edilir ki, İbayev Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.

Xatırladaq ki, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Loading...