Keçmiş ərini öldürtmək istəyən məşhur sima SAXLANILDI

15.12.2023 18:24
355
657c61ddcce3e202312232533
Türkiyənin sosial media seqmentində məşhur olan, bahalı gözəllik mərkəzinin sahibi Ece Ronay saxlanılıb.

AZSABAH.COM Türkiyə mediaasına istinadən xəbər verir ki, beş nəfər silahlı şəxs Ece Ronayın tapşırığı ilə onun keçmiş əri Mehmet Bilirin iş yerinə gedərək oraya atəş açmağa başlayıb.


Hadisədən dərhal sonra İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları əməliyyat keçirərək Ece Ronayı və beş kişini saxlayıblar.


Əməliyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Ece Ronayın evinə daxil olaraq axtarış aparıblar.


Şübhəli şəxs qismində saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı avtomat silah, tapança, 58 patron tapılaraq götürülüb