Karantin rejimi yenidən sərtləşdirilə bilər - RƏSMİ

18.05.2020 18:08
530

Epidemioloji vəziyyət nəzərə alınmaqla, bayram günlərində və həftə sonlarında karantin rejimində dəyişikliyin olmasını təklif edə bilərik.

AzSABAH.COM xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu təcrübə başqa ölkələrdə, o cümlədən Türkiyədə də var: "Türkiyədə şənbə və bazar günləri çox ciddi karantin rejimi tətbiqi edilir. Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınmaqla, bu, tətbiq edilə bilər".

Loading...

close
close