Kamil Zeynallının saxlanılma səbəbi bəlli oldu - VİDEO

21.02.2024 09:43
519
65d58de761715202402244511

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü instaqram sosial hesabında məlumat verib.

Azsabah.com xəbər verir ki, Kamil Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib. 

O, Ermənistana təhvil verilə biləcəyini də bildirib.