Kamil bu fotoya görə saxlanılıb? - FOTO

21.02.2024 11:44
736
65d5aa05b3999202402244509


Azsabah.com publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb.

Qeyd olunur ki, o, Moskvanın "Domodedovo" hava limanında həbs edilib.

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.

"Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı", - xəbərdə iddia olunur.

Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıblar.

Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.