İxtiyar Şirin VƏFAT ETDİ - FOTO

15.11.2022 23:14
5465
Vefat
Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.

İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirin siyasi fəaliyyətdən uzaqlaşıb.