İtkin düşən Adilə Mehdiyevanın cansız bədəni çaydan TAPILDI - FOTO

04.02.2024 08:54
433
65bf1ae513f70202402240437

Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib.

Azsabah.com report.az-a istinadən xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.

Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.

Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.