İsveç və Finlandiya NATO-ya üzv olarsa... - Ərdoğan ELAN ETDİ

17.05.2022 00:41
417
photo_39755931

İsveç və Finlandiyanın terror təşkilatlatlarına dair açıq və aydın mövqeləri yoxdur, hətta terrorçuları Türkiyəyə təslim etməyəcəyik deyə açıqlamaları var.

AZSABAH.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı İsveçin terror təşkilatları üçün mərkəz olduğunu qeyd edərək, Türkiyənin bu iki ölkəyə inamının olmadığını vurğulayıb: “Bazar ertəsi Türkiyə gələcəklər. Nəyə gəlirlər? Bizi inandırmağa? Üzrlü saysınlar, əziyyət çəkməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmaqlarına “hə” deyə bilmərik. Onda NATO təhlükəsizlik təşkilatı deyil, terrorçuların təmsilçilərinin çoxaldığı bir yer olar. Biz buna “hə” deyə bilmərik”.