İstənilən nömrənin "WhatsApp" mesajlarını izləmək mümkündür? - Mütəxəssisdən AÇIQLAMA / VİDEO

01.02.2024 10:05
333
whatsapp

WhatsApp izləmə" xidməti, " istədiyiniz nömrəni təqdim edin, whatsapp yazışmalarını oxuyun" kimi reklamlara son zamanlarda çox rast gəlinir. Hətta bir çox istifadəçiləri inandırmağa çalışdılar ki, xüsusi proqram vasitəsilə istənilən nömrənin "Whatsapp"nı izləmək mümkündür.

Bəs həqiqətən başqa şəxslərin "Whatsapp" mesajlarını oxumaq mümkündür?

Azsabah.com xəbər verir ki, texno-bloger Fərid Pərdəsünas "Xəzər Xəbər"ə normal "WhatsApp" işlədən insanların yazışmalarını izləmək qeyri-mümkün olduğunu deyib:

"Bu proses rəsmi "WhatsApp" hesabında mümkün deyil. Əgər siz "Meta" şirkətinin "WhatsApp"nı istifadə edirsinizsə, bu mümkün deyil. Bu təklifi edənlər daha çox "WhatsApp+" istifadəçilərinə yönəlik hərəkətlər edirlər. Həmin hesablara hücum edirlər".

Ətraflı "Xəzər Xəbər"in süjetində: