ŞOK XƏBƏR: İstanbuldakı terroru ERMƏNİLƏR TÖRƏDİB? - Bu erməni təşkilatı ÜZƏRİNƏ GÖTÜRDÜ/FOTO

14.11.2022 00:27
6052
Partlayis
Bu gün İstanbulun mərkəzində törədilən partlayışa görə məsuliyyəti erməni terror təşkilatı "ASALA" üzərinə götürüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.

Kamikadzenin Ciyan Tosun olduğu ehtimal edilir. Onun Kürdüstan Fəhlə Partiyasının üzvü olduğu bildirilir.

37 yaşlı Ciyan Tosun kürd əsillidir və Diyarbəkirlidir. Bu səbəbdən, terrorun PKK tərəfindın törədilməsi ehtimalları da yüksəkdir.

Qeyd edək ki, bəzən terror təşkilatları mövcudluqlarını göstərmək üçün aidiyyəti olmadığı halda teraktların məsuliyyətini üzərlərinə götürürlər. Buna görə də ASALA-nın İstanbul teraktının məsuliyyətini üzərinə götürməkdə nə dərəcədə həqiqəti dediyi şübhəlidir.

Sözügedən kanalda Azərbaycan da təhdid edilib və bildirilib ki, Bakı da “sürprizlərə” hazır olmalıdır.

Xatırladaq ki, İstanbuldakı bugünkü terakt nəticəsində son məlumata görə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.