İstanbulda güllələnərək öldürülən Ceyhun Beyləqanlı görün KİM İMİŞ - ŞOK TƏFƏRRÜAT (VİDEO)

03.09.2022 11:28
8855
6313026b6229b202209222947

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

AZSABAH.COM “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.