İstanbulda DƏHŞƏTLİ TERROR: ÖLƏNLƏR VƏ XEYLİ SAYDA YARALI VAR - VİDEO

13.11.2022 19:25
7951
63711bebc37ad202211223139
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb. 

***

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

***

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış olub.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə TRT telekanalı məlumat yayıb.

Taksim meydanı yaxınlığında qeydə alınan hadisənin səbəbi məlum deyil.

Çoxlu sayda yaralının olduğu bildirilir.