İsraildən ŞOK ÇAĞIRIŞ: Azərbaycana GETMƏYİN

30.03.2021 13:26
34709

İsrail Təhlükəsizlik Şurası vətəndaşları üçün xaricdə terror təhdidi ilə bağlı yeni xəritə yayımlayıb.

AZSABAH.COM Axar.az-a istinadla xəbər verir ki, şura terror təhdidinin əsasən İrandan gələcəyini bildirib.

Tehranın yəhudilərə, xüsusən, müsəlman ölkələrində zərbə endirməyə çalışacağı vurğulanıb. Buna görə də İsrail vətəndaşlarına Gürcüstan, Azərbaycan, Əbu-Dabi, Dubay, Bəhreyn, İraq Kürd Muxtar Vilayəti, Bəhreyn, Türkiyə, İordaniya və Misirə getməməyi tövsiyə edib.

İsrail vətəndaşlarına həmçinin İŞİD-in də təhdid yaradacağı qeyd edilib. Üstəlik, İsrail obyektlərinə Avropada da zərbə endirilə biləcəyi vurğulanıb.

Loading...