İsraildən İranın Qarabağla bağlı addımlarına SƏRT REAKSİYA: BÖYÜK AXMAQLIQ

05.10.2021 23:59
8609

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi, İsrail hərbçilərinin Qarabağda olduğu iddia edilən xəbərləri "böyük axmaqlıq" və fantaziyalar adlandırıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki Qarabağ bölgəsindən danışırıqsa, orada həm rus, həm də türk hərbçilər var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlar", - səfir bildirib.

Loading...