“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.
AZSABAH.COM-un xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”.(Report)