İri ticarət mərkəzləri açılır? - RƏSMİ

09.05.2020 19:13
204

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.

AzSABAH.COM xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

O, bunları deyib: “Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açılmayacaq. Amma açılsa, belə iri ticarət mərkəzlərin içərisində yoluxma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”.

Loading...