Dünənki döyüşlər erməniləri AYAĞA QALDIRDI: İrəvan qarışdı, düşmən ölkə ÇALXALANIR

14.09.2022 03:46
4542
Ermenistan
Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilir.


AZSABAH.COM bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir.


Məlumata görə, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin yaxınları və müxalifət nümayəndələri Milli Məclisin binasına bütün girişləri bağlamaq niyyətindədirlər.


Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.


Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri iştirak edirlər.


Nümayişçilər sentyabrın 14-də səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri Milli Məclisin binasının yaxınlığında gecələmək qərarına gəliblər.