İrandan Türkiyəyə qarşı XAİN ADDIM: Rusiya ilə əlbir olub bu bölgəyə ORDU YERİTDİ VƏ... - ŞOK DETALLAR

17.04.2021 12:40
9154

Suriyanın Təl-Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.

AZSABAH.COM Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, İran tərəfindən dəstəklənən “Həşd əş-Şabi” terrorçuları isə Sincarda yerləşdirilib.

İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və “Həşd əş-Şabi”nin hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.

Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Təl-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib.

Loading...