İrandan Türkiyəyə qarşı ŞOK İDDİA: Buludlarımızı oğurlayıblar - ŞƏRH

26.01.2024 16:54
344
65b3ac39336c2202401245729

Türkiyənin İranın yağış buludlarını oğurlaması ilə bağlı iddialar sübut olunmamış nəzəriyyədən başqa bir şey deyil, müəyyən bir ölkədəki quraqlığın səbəbi qlobal istiləşmədir.

Axar.az xəbər verir ki, bunu İstanbulun Aydın Universitetinin meteoroloqu, professor Güvən Özdəmir deyib.

“Yağış buludlarını oğurlamaq” ideyasını müdafiə etmək və ya hətta bu barədə düşünməyə çalışmaq əsassız və sübutsuz nəzəriyyədən başqa bir şey deyil. 2023-cü ildə Türkiyə bir neçə ay isti və quraqlıq məngənəsində olub. Məsələn, İstanbulda yağıntı olmayıb, su anbarlarında su ehtiyatları çox aşağı səviyyəyə düşüb. O zaman bizdən qərbdə - Yunanıstan, Bolqarıstan, Rumıniya və digər qonşu ölkələrdə leysan yağsa da, bizə çatmadı. Türkiyənin yerləşdiyi yeri nəzərə alsaq, uzun və qısa müddətdə ekstremal hava şəraiti mümkündür”, - o bildirib.

Qeyd edək ki, “Forbes” jurnalı Tehranın ölkənin şimalından yağış buludlarının yoxa çıxması ilə əlaqədar vəziyyəti araşdırmaq üçün komissiya yaratması və Türkiyənin buludları “oğurladığını” iddia etməsi barədə məlumat yayıb. Sübut kimi dağların qarla örtüldüyü və mütəmadi olaraq yağış yağdığı Türkiyənin şərqinin fotoşəkilləri təqdim olunur, lakin buna paralel zaman ərzində İranda bir damla da yağış olmadığı göstərilir. Bu cür ittihamlar ilk dəfə deyil, məsələn, 2018-ci ildə SEPAH nümayəndəsi iddia edib ki, İsrail və BƏƏ İranın iqliminə təsir göstərir.