İrandan dünyanı SİLKƏLƏYƏCƏK ADDIM: yüzlərlə NÜVƏ MAŞINI İŞƏ SALINDI

02.08.2022 00:36
211
photo_88206013

Uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verilib.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, bunu İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.

O bildirib ki, bu sentrifuqalar qabaqcıl (inkişaf etmiş) maşınlardır.

“Bu iş sanksiyaların ləğvi və İranın maraqlarının qorunması və uranın zənginləşməsinə nail olmaq üçün Strateji Fəaliyyət Qanununun icrası istiqamətində görülüb”, - deyə Kamalvəndi bildirib.
O deyib ki, bu sentrifuqaların işə salınması barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verilib.