İrandan Azərbaycana SENSASİYALI TƏHDİD: Bakı, qəbrini qazma! - VİDEO

21.10.2022 12:03
6444
İran

İranın “Səhər Azəri” kanalı İran ordusu ilə bağlı klip yayımlayıb.

AZSABAH.COM xəbər verir ki, klipdə həm Azərbaycan, həm də İsrail təhdid edilib.

“İsrail, gözlərini aç və bunu bil! Bura İrandır, igidlər oylağıdır. Müharibədə fırtına kimidir. Həddini aşma, öz əlinlə öz qəbrini qazma. İran elan edir, bunu bilsin Azərbaycan!”, - mahnının sözlərində qeyd olunub.

Qeyd edək ki, bu “yeni marş” sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi etirazla qarşılanıb.

(Axar.az)