İrandan Azərbaycana qarşı NÖVBƏTİ XAİN ADDIM: hərəkətə keçir, sərhədlərimizi ordu və yüzlərlə texnika yeritdi

24.03.2023 23:31
5726
İran

İran növbəti dəfə Ermənistanla qardaş olduğunu sübut edir.

AZSABAH.COM xəbər verir ki, İran mənbələrinin yazdığına görə, bu ölkə Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşır. 

Bunun üçün bölgəyə 300-dən çox hərbi texnika və tankın gətirildiyi barədə də məlumat yayılıb. 

İran son vaxtlar Azərbaycan sərhədləri yaxınlığında təlim keçməyi vərdişə çevirib. Düşünmək olardı ki, "Arazın üstündən körpüyəbənzər taxta-tuxta" atandan sonra Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərindən dərs çıxarıb, vaxtını ordusunun peşəkarlığını və texniki təchizatını artırmağa sərf edər. Amma hardan? İran tarixdən dərs çıxarmağı bacarsaydı, bu gün böhran və sanksiyaların altında boğulan İran olmazdı