İranın Lorestan vilayətində 5,1 gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
AzSABAH.COM xəbər verir ki, zəlzələ nəticəsində 25 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Evlərə və inzibati binalara zərər dəyib.
***
İranın qərbində yerləşən Lorestan vilayətinin Firuzabad rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.
AzSABAH.COM-un xəbərinə görə, Tehran Universitetinin Seysmologiya Mərkəzinin yaydığı məlumatda zəlzələnin yerli vaxtla saat 12:37-də, 7 km dərinlikdə qeydə alındığı bildirilib.
Dağıntı və tələfat haqda məlumat verilməyib.