İranda güclü zəlzələ BAŞ VERDİ - Çox sayda yaralı var (YENİLƏNDİ)

24.05.2020 19:12
630

İranın cənub-qərbində baş vermiş zəlzələ zamanı 16 nəfər xəsarət alıb.

AzSABAH.COM xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, bir nəfərə yerindəcə tibbi yardım göstərilib, daha 15 nəfər tibb mərkəzlərinə göndərilib.

***

İranda güclü zəlzələ baş verib.

AzSABAH.COM xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.  

Loading...

close
close