İranda DƏHŞƏTLİ TERROR: ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

17.11.2022 00:45
4078
İran
Çərşənbə günü axşam İranın Xuzistan əyalətinin İze şəhərində bazarda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 5 nəfər ölüb, beşi isə yaralanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlər arasında polis əməkdaşları da var.

Agentlik hadisəni terror aktı adlandırıb.