İran kəşfiyyatçıları şəhərin mərkəzində HƏRƏKƏTƏ KEÇDİLƏR: hərbçini QAÇIRMAQ İSTƏDİLƏR - ŞOK OLAY

13.10.2021 21:59
10085

Vanda yaşayan keçmiş iranlı hərbçi M.A-nı ölkələrinə qaçırmaq üçün göndərilən 2-si İran agenti olmaqla 8 nəfər 24 sentyabr tarixində keçirilən əməliyyat zamanı yaxalanıblar.

AZSABAH.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Qüvvələrinin (Emniyet) birgə keçirdiyi əməliyyat zamanı cinayət başında saxlanılıblar.

Qeyd edilib ki, İran kəşfiyyatçıları M.A-nın qaçırılması üçün 30 min dollarlıq büdcə ilə Vanda agentura şəbəkəsi yaratmaq istəyiblər.

Məlumata görə, iranlı kəşfiyyatçıların təlimatı ilə M.A-nın həyat yoldaşı M.E-yə qaçırılma əməliyyatına yardım etməsi qarşılığında 10 min dollar təklif edilib. Ona deyilib ki, təklifi qəbul etmədiyi halda İranda yaşayan ailəsinə zərər vurulacaq.

Sentyabrın 24-də, saat 21:00 radələrində hərbçini qaçırmaq üçün iqamətgaha girməyə çalışan İran vətəndaşı S.S və Türkiyə vətəndaşı M.E.A saxlanılıb.

Davam edən əməliyyatla 6 Türkiyə vətəndaşından formalaşan digər şəbəkə üzvləri də ələ keçiriliblər.

Loading...