İran Azərbaycanda bu dəhşətli ssenarini törədə bilər - Türk GENERALDAN SENSASİYALI XƏBƏRDARLIQ

30.01.2023 10:27
6414
63d765163c00f202301233502
"Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum səbəb və nəticəsinə görə terror hücumudur. Bu hücum əvvəlcədən planlaşdırılıb, kəşfiyyat aparılıb – səfirliyin qapısı nə zaman açılır, nə zaman bağlanır, işçilərin giriş saatları dəqiqləşdirilib. Terrorçunun başında qara lentin olması, içəri girərkən qapıda oturan iranlı mühafizəçiyə simvolik işarə verməsi terrorun əvvəlcədən planlaşdırıldığına işarədir".

AZSABAH.COM xəbər verir ki, bu fikirləri Musavat.com-a türkiyəli general Yücel Karauz Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı terrorla bağlı mövqeyini bildirərkən deyib.

General bildirib ki, İran terroru qınamaq və Azərbaycana başsağlığı vermək əvəzinə terrorçunu televiziyaya çıxarıb, ondan müsahibə alır, dezinformasiya yayaraq terroru ailə-məişət zəminində baş vermiş kimi qələmə verməyə çalışır:

"Bu terror hücumuna 10-15 gün əvvəl SEPAH-ın Qüds bölməsinin rəhbərlərindən biri, polkovnik Həbib Babayinin Azərbaycan səfirliklərinə hücumların anonsları ilə birlikdə baxmaq lazımdır. Bu hücum güclü, müstəqil, ərazi bötövlüyünü təmin edən Azərbaycanı istəməyən İranın təxribatıdır. Bu terror hücumu yalnız Azərbaycana qarşı deyil, başda Türkiyə olmaqla İsrailə, Azərbaycana siyasi, hərbi, diplomatik dəstək verən ölkələrə qarşıdır. Eyni zamanda sülh sazişinə gedən zamanı baltalamaq üçün törədilmiş bir hücumdur.

İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Düşünürəm ki, İran Azərbaycanın canını yandırmaq üçün Azərbaycandakı agentləri vasitəsilə burada terrorlar törədə bilər. İranın provokasiyalarına qarşı diqqətli olmaq lazımdır. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır".