İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İslam Respublikasında ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
AzSABAH.COM-un xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə İran XİN-nin mətbuat xidmətindən bildiriblər.
A.Araqçı Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.
Bundan əlavə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərib.