“Instagram”la bağlı vətəndaşlara VACİB XƏBƏRDARLIQ EDİLDİ

06.03.2024 20:31
212
65e89aac2c7d5202403243244

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir.

Azsabah.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Belə ki, “Instagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bankın” hər kəsə 200 azn dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.