AZSABAH.COM oxu.az-a istinadən xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.
O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.