"İndiki gənclər bizim kimi sevə bilmir” - Təranə Qumral / FOTO

21.01.2024 07:53
241
65ac958485eed202401245444
Müğənnilər Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər. 

Cütlük “Gül kimi şou”ya qonaq olarkən sevgi hekayələrindən danışıblar. T. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb:


“Kişilər uşaq kimidir. Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb.  Dalaşsaq da, danışmışıq. Bizim ayrılığımız Sevgimi (qızı – red) hazırlığa aparanda olur. İndiki gənclər belə sevə bilmir”. 

 

Onun sözlərinə Musayev bunları əlavə edib:

“Bütün gənclərə arzu edirəm ki, ürəkdən sevsinlər. İndikilər hər şeyi maddiyatda görürlər. Mən həmişə canıma baxanda gözlərim ürək formasında olur”.