İmtahanlarda koronavirusdan SUAL SALINACAQ - RƏSMİ

07.05.2020 18:54
179

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda biologiya fənnindən imtahanlara koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.

AzSABAH.COM “Report”a istinadla xəbər verir ki, DİM sədri jurnalistlərə açıqlamasında yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçildiyini xatırladıb.

O bildirib ki, koronavirus da virusların yeni növüdür: “IX sinif dərsliyində insan özünü virus xəstəliyindən necə qoruya bilər sualı var. Koronavirusdan insan özünü necə qorunmaq lazımdır sualı yazılsa, burda nə qəbahət olar? Mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatınm yoxdur. Bunlar məndən asılı deyil. Amma bu mövzular var".

Loading...

close
close