İlkin Həsəni BOŞANDI - FOTO

16.01.2024 14:56
192
65a660b5c06ae202401245549

Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanıblar.

 

Azsabah.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib.

 

Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.

 

Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib. 

Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin instaqramda bir-birini izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son paylaşımlarında da İlkin yer almır. 

 

Məsələ ilə bağlı İlkin Həsəni ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya məlumatın həqiqətə uyğun olmadığını bildirdi: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”. O, Aysellə bir-birini instaqramda izləmədən çıxarmaları haqda suala “sizə bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də zəngləri açıb. 

 

Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra tərəflər bunu yalanlamışdı.