5 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı tükürpədən məqam ÜZƏ ÇIXDI: Həmin gün...- FOTO

15.10.2021 10:54
19422
Məlum olduğu kimi, oktyabrın 13-də Bakıda yük maşını və sərnişin avtobusunun iştirakı ilə baş verən dəhşətli qəza zamanı ölən 5 nəfərdən 4-ü yol kənarında dayanan şəxslər olub.

AZSABAH.COM xəbər verir ki, "qafqazinfo" faciəvi qəzada ölən 5 nəfərdən biri İlham Aslanov barədə bəzi məlumatları əldə edib.

İlham əslən Gədəbəydən olsa da, ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. İki il öncə ailə həyatı quran İlhamın bu evlilikdə Yusif adlı övladı dünyaya gəlib. 

Məlumata görə, İlham Aslanov fəhlə kimi çalışırmış. Hadisənin baş verdiyi gün o, elə bu məqsədlə səhər saatlarında evdən çıxıb. 

İş burasındadır ki, həmin gün İlhamın iş günü olmayıb. Sadəcə, iş yoldaşı İlhamdan onu üç gün əvəz etməsini xahiş edib. İlham da əlavə gəlirə görə bu xahişlə razılaşıb.

Loading...