İlham Əliyevdən SƏRT XƏBƏRDARLIQ: Biz hələ ki, səbir edirik, lakin...

14.10.2022 15:31
6367
İlham
Ermənistan Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb.

AZSABAH.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

“Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”, - dövlət başçısı qeyd edib.