İlham Əliyev Zəngəzura NİYƏ GETDİ? - 3 SƏBƏB

27.04.2021 01:15
3371

Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Paşinyan bölgəyə gəldi və müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində təxribat hücumu edildi. Bu, Zəngəzur dəhlizinə və azərbaycanlıların tarixi torpaqlarına qayıdışına qarşı olanların hücumu idi.

Bu hadisələrin ardınca Əliyevin Zəngilana getməsinin arxasında üç mesaj var:

1. Azərbaycanın mövqeyindən geri çəkilməyib;

2. Bütün təxribatlara rəğmən, Zəngəzur dəhlizini reallaşdıracağıq;

3. Zəngilanın yerləşdiyi Şərqi Zəngəzur Qərbi Zəngəzurla birləşəcək;

İlham Əliyevin “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir” sözlərini də hədəflərin məhz Zəngəzur torpaqlarından elan edilməsi kimi oxuya bilərik.

Asif Nərimanlı

Publika.az

Loading...