İlham Əliyev TVİT ATDI: DARMADAĞIN!

16.09.2022 00:25
16842
İlham Eliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbə ilə bağlı tvitterdə paylaşım edib.

AZSABAH.COM xəbər verir ki, paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.