İlham Əliyev Teymur Rəcəbova məktub göndərdi

04.01.2021 00:16
6719

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.

AZSABAH.COM-un məlumatına görə, təbrikdə deyilir:

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".

Loading...