İlham Əliyev ŞƏHİD QIZINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

02.07.2022 11:34
258
photo_59649397

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

AZSABAH.COM xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Sülhanə Hacıyeva Birinci Qarabağ Müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır.

Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.